“Özümü yaxşı hiss edirəm. Eyforidayam”.
İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan Zelim Kotsoyev (100 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Olimpiya çempionu bildirib ki, Fransa paytaxtında fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevinclidir: “Hətta 3 gündür sevincimdən yata bilmirəm. Azərbaycana qızıl medalla qayıtdığım üçün çox şadam. Mənim üçün dua edən, nigaran qalan, dəstəkləyənlərin ümidlərini doğrultduğum üçün də xoşbəxtəm”.
Qeyd edək ki, Kotsoyev Paris-2024-ün finalında İlya Sulamanidzeni (Gürcüstan) məğlub edib.
Banuçiçək Hüseynli
İdman.biz