Paris-2024: Ölkəsinə ilk qızılı qazandıran atlet - "Səhər oyanıb və yazdım"

Xəbərlər
4 Avqust 2024 14:10
925
Paris-2024: Ölkəsinə ilk qızılı qazandıran atlet - "Səhər oyanıb və yazdım"

"Səhər oyanıb və yazdım: Jülyen Alfred Olimpiya çempionu!".

İdman.biz xəbər verir ki, bunu Sent-Lusiyaya ilk medal qazandıran Jülyen Alfred deyib.

100 m məsafəyə qaçışda Paris-2024 Olimpiadasında qələbə qazanan atlet inamın önəmli olduğunu bildirib: "Özünəinam çox vacibdir. Mən Sen-Lusiyadanam və bu, çox şeyi özündə əks etdirir. Orada hər kəsin məni izlədiyini bilirdim. Onlar indi evdə bayram edirlər. Hələlik, qələbəni tam anlamıram. Yavaş-yavaş hiss edirəm".

Qeyd edək ki, Alfredin Sent-Lusiyaya qazandırdığı ilk medalın əyarı qızıl olub.

İdman.biz