Dopinqə görə cəzalanan idmançı Paris-2024-ə buraxılıb

Xəbərlər
5 Avqust 2024 09:20
464
Dopinqə görə cəzalanan idmançı Paris-2024-ə buraxılıb

Polşalı kanoeçi Dorota Borovskaya Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

İdman.biz xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) dopinqdən istifadə üzündən kənarlaşdırılan idmançının cəzasını ləğv etməyə qərar verib.

Onun orqanizmində “klostebol” tapılıb. Borovskaya bunun krem vasitəsilə orqanizminə düşdüyünü iddia edib.

Avqustun 1-də kanoeçinin müvəqqəti kənarlaşdırılmasına qərar verilib. Bir neçə gün sonra isə CAS fikrini dəyişib.

Qeyd edək ki, kanoeçilərin yarışları sabah start götürəcək.

İdman.biz