Paris-2024: Daha 2 triatlonçuda bağırsaq infeksiyası aşkarlanıb

Xəbərlər
5 Avqust 2024 09:43
488
Paris-2024: Daha 2 triatlonçuda bağırsaq infeksiyası aşkarlanıb

İsveçrəli triatlonçular Adrien Briffaud və Simon Vestermann bağırsaq infeksiyası səbəbindən Paris-2024 Yay Olimpiya Oyunlarının qarışıq estafet yarışında iştirak edə bilməyəcəklər.

İdman.biz xəbər verir ki, bu barədə İsveçrə Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə Oyunlarda fərdi startda 49-cu yeri tutan Briffo yarışda iştirak etməli olsa da, səhhətində yaranan problemlərə görə sonradan Vestermannla əvəzlənib. Lakin bundan sonra Vestermanna da bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o start xəttinə çıxmayıb.

Daha öncə isə belçikalı qadın triatlonçu Kler Mişel eyni diaqnozla hospitala yerləşdirilib.

Qeyd edək ki, Sena çayında suyun keyfiyyəti aşağı olduğundan ötən gün məşq də təxirə salınıb.

İdman.biz