Paris-2024: Növbəti dəfə ABŞ üzgüçüləri...

Xəbərlər
5 Avqust 2024 20:51
930
Paris-2024: Növbəti dəfə ABŞ üzgüçüləri...

Paris-2024 Olimpiadasında üzgüçülük yarışlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, ABŞ üzgüçüləri 28 medalla Oyunları 1-ci pillədə tamamlayıblar.

Amerikalıların qazandıqları medallardan 8-nin əyarı qızıl olub. Onlar 13 dəfə gümüş, 7 dəfə isə bürüncə seviniblər. Uğurlu nəticəyə baxmayaraq, ABŞ üzgüçüləri 4x100 m qarışıq estafet yarışında 64 il sonra qızıl medalsız qalıblar. Boykot edilən Moskva-80 Olimpiadasını nəzərə almasaq komanda ardıcıl 15 dəfə Oyunlarda finiş xəttinə birinci çatmışdı.

Qızıl sayına görə lider olan Avstraliya sonuncu yarış günündə ABŞ-ın hegemonluğuna son qoymaq şansını əldən verib. Hesabında 7 qızıl olan “Yaşıl qitə” təmsilçiləri 8 gümüş və 3 bürüncə yiyələniblər. Siyahıda 3-cü yeri Fransa (4-1-2) tutub. Meydan sahiblərinin qazandıqları qızılların hamısı Leon Marşanın hesabında olub.

Ümumilikdə, Parisdə 19 ölkənin üzgüçüləri fəxri kürsüdə yer alıb. Qızıl qazanan komandaların sayı 13 olub.

Qeyd edək ki, ABŞ yığması Seul-88 Olimpiadasında ADR-in 1-ci olmasından sonra ardıcıl 9 Oyunlarda 1-ci pilləni tutub.

İdman.biz