25 il əvvələ səyahət: 2 yaşlı Ledeki və əfsanəvi Cordan - VİDEO

Xəbərlər
5 Avqust 2024 21:21
864
25 il əvvələ səyahət: 2 yaşlı Ledeki və əfsanəvi Cordan - VİDEO

9 qat Olimpiya çempionu Keti Ledekinin uşaqlıq illərində əfsanəvi basketbolçu Maykl Cordanla çəkilmiş videosu sosial şəbəkələrdə gündəm olub.

İdman.biz xəbər verir ki, amerikalı üzgüçü videonun çəkiliş əhvalatını açıqlayıb.

Ledeki bildirib ki, video o, 2 yaşında olankən basketbol matçı zamanı çəkilib: "Dayım Conatan Cozef "Nyu-York Aylenders" və "Bricport Saund Tayqers" (indiki "Vaşinqton Kapitalz") hokkey klublarının səhmdarlarından biri idi. Biz "Vaşiqnton Uizards" basketbol klubunun oyununda idik. O vaxt Cordan kluba rəhbərlik edirdi. Popkorn yeyərkən, o, mənimlə gizlənpaç oynamağa başladı. Hətta videoda yanımdakı oğlanın məndən onun kim olmasını soruşdu: "Bilirsən, bu kimdir?" Cavab verirəm: "Maykl Cordan". Çox maraqlı videodur".

Qeyd edək ki, Ledeki Paris-2024-də 2 qızıl, 1 gümüş və 1 bürün qızıl qazanıb. O, ümimilikdə Oyunlarda 14 medala sahib çıxıb. Maykl Cordan isə Los-Anceles-84 və Barselona-92 Olimpiadalarında çempion tituluna yiyələnib.

İdman.biz