Paris-2024: Sənan Süleymanov bürünc medal uğrunda güləşəcək - FOTO - VİDEO

Xəbərlər
6 Avqust 2024 20:38
2 886
Paris-2024: Sənan Süleymanov bürünc medal uğrunda güləşəcək - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start verilib.

Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxıb. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayıb. O, yarımfinalda məğlub olduğundan sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Yunan-Roma güləşi
77 kq

Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayıb. Aik Mnatsakanyanla (Bolqarıstan) güləşən idmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq, xalçaya qayıdaraq inamlı qələbə qazanıb - 2:0. Süleymanov 1/4 finalda macarıstanlı Zoltan Levai ilə qüvvəsini sınayıb. Sənan bu dueli də aktivinə yazıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşsa da, güləşçimiz sonuncu xal prinsipinə əsasən adını yarımfinala yazdırıb. O, finala gedən yolda Demeu Jadrayevlə (Qazaxıstan) münasibətinə aydınlıq gətirib. Görüş rəqibin 6:1 hesablı üstünlüyü ilə bitib. Güləşçimiz avqustun 7-də 3-cü yer uğrunda gücünü yoxlayacaq.

Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.

İdman.biz