Paris-2024: Sabah 5-ci yeri tutub - FOTO

Xəbərlər
6 Avqust 2024 22:25
2 120
Paris-2024: Sabah 5-ci yeri tutub - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

İdman.biz xəbər verir ki, bu gün ilk üç medal dəsti sahibini tapıb.

Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparıb.

Yunan-Roma güləşi
130 kq

Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxıb. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq “klassik”imizin rəqibi Amin Mirzəzadə (İran) olub. Görüş güləşçimizin məğlubiyyəti ilə başa çatıb. İranlı idmançı 4:0 hesabı ilə qələbə qazandığından Sabah Olimpiadanı 5-ci yerdə bitirib.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.

İdman.biz