Paris-2024: Skidan 7-ci olub - FOTO

Xəbərlər
6 Avqust 2024 23:03
1 209
Paris-2024: Skidan 7-ci olub - FOTO

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün atletika yarışlarında növbəti medal dəstlərinin sahibləri bəlli olub.

İdmanın “şahzadəsi”ndəki yeganə Azərbaycan təmsilçisi Anna Skidan da mükafatlar uğrunda mübarizə aparıb.

Təsnifat mərhələsində 72,55 m nəticə ilə 6-cı olan çəkicatanımız həlledici raundda qüvvəsini sınayıb. 12 atletin qatıldığı final mərhələsində ən yaxşı göstəricisi 73,27 m olan Skidan "səkkizliy"yə yüksəlib. Mövsümdə ən yaxşı nəticəsini müəyyənləşdirən milli üzvü bu mərhələni 6-cı yerdə bitirib.

Anna medal uğrunda mübarizədə göstəricisini yaxşılaşdırıb - 73,66. Lakin bu nəticə onun Olimpiadanı 7-ci yerdə bitirməsi ilə yekunlaşıb.

Yarışın qalibi kanadalı Kemrin Rocers olub. O, 76,97 m göstərici ilə hamını qabaqlayıb.

Qeyd edək ki, özünün üçüncü Olimpiadasına qatılan Skidan Rio-2016 və Tokio-2020-də final mərhələsinə adlaya bilməyib.

İdman.biz