Paris-2024: 5-ci xoşagəlməz HADİSƏ

Xəbərlər
6 Avqust 2024 12:22
730
Paris-2024: 5-ci xoşagəlməz HADİSƏ

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, açıq havada üzgüçülük yarışlarında iştirak edəcək idmançıların Senadakı bugünkü məşqi çaydakı suyun çirkli olması səbəbindən ləğv edilib.

Bu, Fransa paytaxtında yaşanan 5-ci belə haldır. Daha öncə eyni səbəbdən triatlonçuların 4 məşqi ləğv edilib.

Qeyd edək ki, açıq suda üzgüçülük yarışının avqustun 8-9-da keçirilməsi planlaşdırılır.

İdman.biz