Paris-2024: Taekvondoçumuzun rəqibi müəyyənləşib

Xəbərlər
6 Avqust 2024 12:44
749
Paris-2024: Taekvondoçumuzun rəqibi müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun ilk rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, bu, yarışın püşkatmasından sonra dəqiqləşib.

58 kq çəkidə mübarizə aparacaq idmançımız 1/8 finaldan yarışa qoşulacaq. O, İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək. Görüş sabah Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.

Qeyd edək ki, 58 kq çəkidə mübarizəyə sabah yekun vurulacaq.

İdman.biz