Paris-2024: Yeganə və ya 7-ci

Xəbərlər
6 Avqust 2024 13:18
968
Paris-2024: Yeganə və ya 7-ci

Paris-2024 Yay Olimpiya Oyunlarında braziliyalı stolüstü tennisçi Bruna Kosta Aleksandre tarixə düşüb.

İdman.biz xəbər verir ki, Fransada keçirilən Olimpiadada iştirak edən idmançı Paralimpiadaya da qatılacaq.

O, hər 2 yarışda iştirak edən yeganə atlet olacaq.

Kosta üç aylıq olarkən qan laxtalanması səbəbindən qolunu itirib. Buna baxmayaraq o, 1-i gümüş, 3 bürünc olmaqla 4 medal qazandığı Paralimpiya Oyunlarından öncə Olimpiadada da iştirak edib.

Olimpiya Oyunlarında Bruna komanda yarışında Culien Takaşahi ilə cütlükdə Cənubi Koreyaya 1:3 hesabı ilə uduzub. Braziliyalı tennisçi fərqi yarışda isə koreyalı Eunha Liyə məğlub olub.

29 yaşlı Aleksandre həm Olimpiya, həm də Paralimpiya Oyunlarında iştirak edənlər arasında isə 7-ci olacaq.

Qeyd edək ki, Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-ə kimi keçiriləcək.

İdman.biz