Olimpiya çempionunun tələbi - BOK pul mükafatı versin

Xəbərlər
6 Avqust 2024 19:19
898
Olimpiya çempionunun tələbi - BOK pul mükafatı versin

3 qat Olimpiya çempionu Adam Piti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) medalçıları mükafatlandırmasını istəyir.

İdman.biz xəbər verir ki, britaniyalı üzgüçü qurumun idmançıları diqqətə almalı olduğunu deyib.

Pitinin sözlərinə görə, kiçik hədiyyə və Olimpiya Kəndində yaşayış kifayət deyil: "BOK idmançıları daha çox qiymətləndirməlidir. Biz bu əyləncə sahəsinin bir hissəsiyik. Sponsordan telefon və Olimpiya Kəndində yaşayış kifayət deyil. Artıq idmançılar bunu anlayırlar. "World Aquatics"ın kifayət qədər pul var".

Olimpiya Oyunlarında ilk mükafat ayıran federasiya Ümümdünya Atletika Assosiasiyası olub. Olimpadadan əvvəl təşkilat Olimpiya çempionlarına 2,4 milyon dollar mükafat ayırdığını bildirib.

Qeyd edək ki, 29 yaşlı Piti 3 dəfə Olimpya və 8 dəfə dünya çempionu olub. O, Paris-2024 Oyunlarında bir gümüşlə kifayətlənib.

İdman.biz