Paris-2024: On ikinci günün GÜNDƏLİYİ

Xəbərlər
7 Avqust 2024 08:00
1 128
Paris-2024: On ikinci günün GÜNDƏLİYİ

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha 21 dəst medal sahibini tapacaq.

Bununla da artıq yekunlaşan proqramların ümumi sayı 218-ə çatacaq. İlk on bir gündə 197 mükafat dəsti uğrunda yarış baş tutub.

Azərbaycan millisi iki növdə təmsil olunacaq. Olimpiadanın on ikinci günündə azarkeşlərimizin diqqəti güləş və taekvondoya yönələcək.

7 avqust

13:30. Yunan-Roma güləşi, 67 kq
1/8 final
Həsrət Cəfərov

13:30. Yunan-Roma güləşi, 87 kq
1/8 final
Rafiq Hüseynov

13:48. Taekvondo, 58 kq
1/8 final
Qaşım Maqomedov - Cek Uolley (İrıandiya)

21:04. Yunan-Roma güləşi, 77 kq
Bürünc medal uğrunda
Sənan Süleymanov

İdman.biz