Paris-2024: Güləşdə 5 qat Olimpiya çempionu - İLK

Xəbərlər
6 Avqust 2024 23:22
1 071
Paris-2024: Güləşdə 5 qat Olimpiya çempionu - İLK

Kubalı yunan-Roma güləşçisi Mixain Lopes Paris-2024 Olimpiadasının qalibi olub.

İdman.biz xəbər verir ki, o, 130 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Lopes ardıcıl 5-ci dəfə Olimpiya çempionu tituluna yiyələnib. Kubalı pəhləvan bu uğura imza atan ilk güləşçi kimi tarixə düşüb.

Qeyd edək ki, 41 yaşlı idmançı yarımfinalda Azərbaycan güləşçisi Sabah Şəriətiyə qalib gəlib. Pəhləvanımız yarışı 5-ci pillədə başa vurub.

İdman.biz