Paris-2024: Sənan Süleymanov 5-ci yeri tutub - FOTO

Xəbərlər
7 Avqust 2024 22:05
1 048
Paris-2024: Sənan Süleymanov 5-ci yeri tutub - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

İdman.biz xəbər verir ki, bu gün üç çəkidə medal qarşılaşmaları baş tutub.

Azərbaycan güləşçisi Sənan Süleymanov da mükafat uğrunda mübarizə aparıb. O, bürünc medal görüşündə gücünü yoxlayıb.

Yunan-Roma güləşi
77 kq

Sənan Süleymanov 3-cü yer uğrunda qarşılaşmaya çıxıb. Akjol Mahmudovla (Qırğızıstan) qarşılaşan güləşçimiz məğlub olub. Görüş rəqibin 6:5 hesablı qələbəsi ilə yekunlaşdığından Sənan 5-ci yeri tutub.

Qeyd edək ki, Sənan dünya çempionatlarının ikiqat gümüş mükafatçısıdır.

İdman.biz