Sabah Şəriəti karyerasını başa vurub - VİDEO

Xəbərlər
7 Avqust 2024 11:25
675
Sabah Şəriəti karyerasını başa vurub - VİDEO

Azərbaycan millisinin yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.

Bu barədə İdman.bizə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

35 yaşlı idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutduqdan sonra bu qərarı verib. Bürünc medal uğrunda görüşdə Amin Mirzəzadəyə (İran) məğlub olduğu görüşdən sonra xalçanı öpüb və rəqib onu çiyninə qaldırıb.

Sosial şəbəkələrdə bu video maraqla qarşılanıb və güləşsevərlər Sabahla vidalaşıblar.

Qeyd edək ki, Şəriəti 2016-cı ildə Rio-de-Janeiroda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

İdman.biz