Taleh Məmmədov: “Rafiq onları keçsə, 10 qat Olimpiya çempionuna bərabər sayılacaq” - VİDEO

Xəbərlər
7 Avqust 2024 12:01
3 350
Taleh Məmmədov: “Rafiq onları keçsə, 10 qat Olimpiya çempionuna bərabər sayılacaq” - VİDEO

“Rafiq Hüseynov Olimpiya Oyunlarına yollanıbsa, medal qazanmaq, çempion olmaq həvəsi ilə gedib”.

Bunu “İdman Bizdə”nin qonağı olan Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.

Veteran idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün xalçaya çıxacaq Rafiq Hüseynovun (87 kq) şanslarını dəyərləndirib. O bildirib ki, “klassik”imizi çox çətin görüşlər gözləyir: “Finala çıxmaq üçün 3 dünya çempionunu məğlub etməlidir. Mundailların ardıcıl 3 güclüsünə qalib gəlmək üçün böyük güc lazımdır. Hüseynov bu çəkiyə yeni keçib. Digərləri 92 kq, 95 kq-dan çəkilərini aşağı salıblar. Rafiqin çəkisi isə heç 86-87 kq deyil. Özündən ağırlar ilə güləşəcək. Amma ondan hər sürprizi gözləmək olar. Rafiq dünya çempionlarını keçsə, 10 qat Olimpiya çempionuna bərabər sayılacaq. Bu baş versə, zənn edin ki, Olimpiadanın 5 dəfə qızıl medalını qazanan Mixain Lopesin nəticəsini təkararlayıb”.

Qeyd edək ki, Hüseynov ilk görüşündə - 1/8 finalda Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşacaq.

Emin Ağa
İdman.biz