Paris-2024: Avstraliyalı idmançı saxlanılıb - SƏBƏB

Xəbərlər
7 Avqust 2024 16:13
585
Paris-2024: Avstraliyalı idmançı saxlanılıb - SƏBƏB

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, avstraliyalı otüstü hokkeyçi Tom Kreyq narkotik maddə almaqda şübhəli bilinərək Parisdə saxlanılıb.

Onun üzərində bir qram narkotik maddə də aşkarlanıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Avstraliya Milli Olimpiya Komitəsinin məsələni araşdırdığını açıqlayıb.

Qeyd edək ki, otüstü hokkey üzrə Avstraliya millisi Paris-2024-də 1/4 finalda Niderlanda 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İdman.biz