Qaşım Maqomedov: "İnana bilmirəm, nə baş verir?"

Xəbərlər
7 Avqust 2024 19:49
6 377
Qaşım Maqomedov: "İnana bilmirəm, nə baş verir?"

"Həqiqətən hisslərimi ifadə edə bilmirəm".

Bunu İdman.bizə Paris-2024 Yay Olimpiya Oyunlarının finalına yüksələn Qaşım Maqomedov (58 kq) deyib.

Azərbaycanlı taekvondoçu yarımfinaldan sonra həlledici görüşdə var gücü ilə mübarizə aparacağını bildirib: "Olimpiya Oyunlarının finalına yüksəlmək... Hələ də inana bilmirəm. Nə baş verir? Artıq finaldayam. Tribunalara dəstəyə görə təşəkkür edirəm. İnanırdım, amma bunun baş verəcəyini gözləmirdim. Ağır gündür və bitməsinə çox az qalıb. Finalda qızıl qazanmaq istəyirəm. Azərbaycana Olimpiya çempionu kimi dönmək arzusundayam".

Qeyd edək ki, yarımfinalda Olimpiya çempionu Vito Dell Akvilaya (İtaliya) qalib gələn Qaşım finalda cənubi koreyalı Park Tae-Junla qarşılaşacaq.

İdman.biz