Paris-2024: Zöhrə Ağamirova 19-cu olub - FOTO - VİDEO

Xəbərlər
8 Avqust 2024 20:33
2 889
Paris-2024: Zöhrə Ağamirova 19-cu olub - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.

İdman.biz xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsini başa vurub.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 4 hərəkətin yekununda 117,850 xal toplayıb. Onun topla çıxışı 30,200, halqa ilə 32,500, lentlə 28,400 və gürzlərlə 26,750 xalla qiymətləndirilib. Ağamirova bu göstərici ilə yarışı 19-cu pillədə başa vurub.

Təsnifat mərhələsini italiyalı Sofiya Raffaeli lider kimi yekunlaşdırıb – 139,100.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnastlar sabahkı finala vəsiqə qazanıb.

İdman.biz