EJU Hidayətin zəfərinə biganə qalmayıb – FOTO

Xəbərlər
8 Avqust 2024 16:59
1 144
EJU Hidayətin zəfərinə biganə qalmayıb – FOTO

Avropa Cüdo İttifaqı (EJU) Paris-2024 Yay Olimpiya Oyunlarının maraqlı məqamları təqdim edib.

İdman.biz xəbər verir ki, qurumun saytında dərc olunan fotosessiya tematik xarakter daşıyır.

“Səhnə arxasında” adlanan topluda idmançıların sevincini tribunalarla necə qeyd etməsi əks olunub. Qurum Azərbaycan cüdoçusu Hidayət Heydərovun qələbə sevincinə də biganə qalmayıb.

73 kq çəkidə olimpiya çempionu olan təmsilçimiz qalib gəldiyi finaldan sonra məşqçilərin, komanda yoldaşlarının və azarkeşlərin qucağına düşüb. Bunlar onun Parisdəki çempionluqla bağlı emosiyalarını əks etdirir.

Qeyd edək ki, Heydərov həlledici döyüşdə fransalı Joel-Benjamin Qabaya qalib gəlib.

İdman.biz