Paris-2024: Olimpiya çempionu titulu - 3 rekordla

Xəbərlər
8 Avqust 2024 20:09
1 104
Paris-2024: Olimpiya çempionu titulu - 3 rekordla

Çinli ağırlıqqaldıran Şifan Lu 3 Olimpiya rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, o, 59 kq çəki dərəcəsində bu uğura nail olub.

2023-cü dünya çempionu birdənqaldırmada 107, təkanlaqaldırmada isə 134 kq çəkini ram edib. Hər iki nəticə Olimpiya Oyunlarında ilk dəfə qeydə alınıb. Cəmdə 241 kq çəkinin öhdəsindən gələn Şifan çempion tituluna sahib çıxıb.

Qeyd edək ki, kanadalı Mod Şarron (236 kq) gümüş, tayvanlı Ko Sinçun (235 kq) isə bürünc medal qazanıb.

İdman.biz