Həsrət Cəfərov: "Hədəfim qızıl medal idi" - VİDEO

Xəbərlər
8 Avqust 2024 21:23
927
Həsrət Cəfərov: "Hədəfim qızıl medal idi" - VİDEO

"Təəssüratlarım çox yaxşıdır. Olimpiya bürüncü qazandım".

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Həsrət Cəfərov (67 kq) deyib.

Yunan-Roma güləşçimiz qazanılan medalı yüksək qiymətləndirib: "Hədəfim qızıl medal idi. Amma buradan əliboş dönmürəm. Güləşdə ilk medalı qazandım. Sanki komandamızın başının üstündə qara buludlar var idi. Şükür, açılışı etdik. Ümid edirəm, uşaqlar mən qazandığım medalın davamını gətirəcəklər. Daha yaxşı hazırlaşıb gələcəkdə uğurlar əldə edəcəyəm".

Qeyd edək ki, Həsrət bürünc uğrunda Amantur İsmayılova (Qırğızıstan) qalib gəlib.

İdman.biz