Paris-2024: Həsrət Cəfərov mükafatlandırılıb - FOTO

Xəbərlər
8 Avqust 2024 22:43
949
Paris-2024: Həsrət Cəfərov mükafatlandırılıb - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarında 3-cü yeri tutan Həsrət Cəfərov mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, 67 kq çəki dərəcəsində üçüncü olan Azərbaycanın yunan-Roma güləşçisinə bürünc medal təqdim olunub.

Onun çıxış etdiyi çəkidə qızıl medalı iranlı Səid Esmaili Leivesi qazanıb. Ukrayna yığmasında çıxış edən azərbaycanlı Pərviz Nəsibov gümüş, kubalı Luis Alberto Orta Sançes isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçləri olimpiadanı 1 bürünclə başa vurublar.

İdman.biz