Paris-2024: On dördüncü günün GÜNDƏLİYİ

Xəbərlər
9 Avqust 2024 08:00
1 257
Paris-2024: On dördüncü günün GÜNDƏLİYİ

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha 34 dəst medal sahibini tapacaq.

Bununla da artıq yekunlaşan proqramların ümumi sayı 277-yə çatacaq. Əvvəlki 13 gündə 243 mükafat dəsti uğrunda yarış baş tutub.

Azərbaycan millisi üç növdə təmsil olunacaq. Olimpiadanın on dördüncü günündə azarkeşlərimizin diqqəti boks, güləş və bədii gimnastikaya yönələcək.

9 avqust

12:00. Bədii gimnastika, qrup hərəkətləri
Təsnifat mərhələsi, halqalar
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan

13:16. Bədii gimnastika, qrup hərəkətləri
Təsnifat mərhələsi, lent və top
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan

13:30. Sərbəst güləş, 74 kq
1/8 final
Turan Bayramov

13:30. Sərbəst güləş, 125 kq
1/8 final
Giorgi Meşvildişvili

00:34. Boks, 92 kq
Final
Alfonso Dominqes – Lazizbek Mullojonov (Özbəkistan)

İdman.biz