Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ

Xəbərlər
8 Avqust 2024 23:23
3 838
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha üç idmançısı yarışa qoşulub, biri isə mübarizəsini yekunlaşdırıb.

Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.

İdmançılarımızdan 39-u artıq Olimpiadaya start verib. Onlardan dördü Fransa paytaxtında mükafat qazanıb. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olmaqla Azərbaycan himnini səsləndiriblər. Taekvondoçu Qaşım Maqomedov (58 kq) ikinci yeri tutaraq gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc qazanıb. Boksçu Alfonso Dominqes isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Ümumilikdə milli üzvlərindən 38-i Paris-2024-lə vidalaşıb. Alfonso Dominqes mübarizəsini davam etdirir. Digər 9 idmançımız isə yarışın son günlərində Olimpiadaya start verəcək. Bunlar 5 bədii gimnast və 4 sərbəst güləşçidir.

25 iyul

Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finalda iştirak edəcək

27 iyul

Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət

Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət

Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb

Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer

Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət

28 iyul

Yaşar Nəcəfov (cüdo, 66 kq) – 1/16 finalda məğlubiyyət

Gültac Məmmədəliyeva (cüdo, 52 kq) – 1/16 finalda məğlubiyyət

Alfonso Dominqes (boks, 92 kq) – 1/4 finala yüksəlib

29 iyul

Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 2 məğlubiyyət

Hidayət Heydərov (cüdo, 73 kq) – qızıl medal qazanıb

Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda məğlubiyyət

Məhəmməd Abdullayev (boks, +92 kq) – 1/8 finalda məğlubiyyət

Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə

Malik Həsənov (boks, 63,5 kq) – 1/8 finalda məğlubiyyət

30 iyul

Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 1/4 finalda qrupda 4-cü yer, C/D yarımfinalın adlayıb

Zelim Tçkayev (cüdo, 81 kq) - 1/16 finalda məğlubiyyət

Ramil Vəlizadə (üzgüçülük, 200 m, batterflyay) - təsnifat mərhələsində qrupda 2-ci, yekunda 25-ci yer

Nicat Hüseynov (boks, 51 kq) – 1/8 finalda məğlubiyyət

Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finala yüksəlib

Yaylagül Ramazanova (kamandan oxatma) – 1/16 finalda məğlubiyyət

Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət

31 iyul

Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – C/D yarımfinalında 3-cü yer, C finalına yüksəlib

Rostislav Pevtsov (triatlon) – 43-cü yer

Elcan Hacıyev (cüdo, 90 kq) – 1/8 finalda məğlubiyyət

Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə 1 məğlubiyyət

Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət, 1 qələbə

1 avqust

Zelim Kotsoyev (cüdo, 100 kq) – qızıl medal qazanıb

Alfonso Dominqes (boks, 92 kq) – yarımfinala yüksəlib

Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 qələbə, 3 məğlubiyyət

2 avqust

Uşanqi Kokauri (cüdo, +100 kq) – 7-ci yer

Selcan Maqsudova (batut gimnastikası) – 10-cu yer

Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finalda məğlubiyyət

Qadın basketbolçulardan ibarət 3x3 millisi – 2 qələbə, 4 məğlubiyyət

3 avqust

Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 17-ci yer

Məryəm Şeyxəlizadəxəngah (üzgüçülük, 50 m, sərbəst üsulla) – 35-ci yer

Qadın basketbolçulardan ibarət 3x3 millisi – əsas mərhələdə 7-ci

4 avqust

Alfonso Dominqes (boks, 92 kq) - finala yüksəlib

Anna Skidan (atletika, çəkicatma) – təsnifatda 6-cı yer, final mərhələsinə yüksəlib

Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 25 m) – təsnifatda 18-ci yer

5 avqust

Murad Məmmədov (yunan-Roma güləşi, 60 kq) – 1/8 finalda məğlub olub

Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – bürünc medal uğrunda güləşəcək

6 avqust

Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – 5-ci yer

Anna Skidan (atletika, çəkicatma) – 7-ci yer

Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal uğrunda güləşəcək

Mariya Stadnik (qadın güləşi, 50 kq) – 1/4 finalda məğlubiyyət

7 avqust

Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – 5-ci yer

Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) – bürünc medal uğrunda güləşəcək

Rafiq Hüseynov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda məğlubiyyət

Qaşım Maqomedov (taekvondo, 58 kq) – gümüş medal qazanıb

8 avqust

Zöhrə Ağamirova (bədii gimnastika) – təsnifat mərhələsində 19-cu yer

Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) – bürünc medal qazanıb

Əliabbas Rzazadə (sərbəst güləş, 57 kq) – 1/8 finalda məğlubiyyət

Osman Nurmaqomedov (sərbəst güləş, 86 kq) – 1/4 finalda məğlubiyyət

Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.

İdman.biz