Paris-2024: Alfonso Dominqes gümüş medal qazanıb - FOTO

Xəbərlər
10 Avqust 2024 00:55
1 839
Paris-2024: Alfonso Dominqes gümüş medal qazanıb - FOTO

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında son döyüşünü keçirib.

İdman.biz xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan idmançımız final qarşılaşmasına çıxıb.

Fransa paytaxtında ardıcıl üç qələbə qazanan Alfonso həlledici görüşdə Lazizbek Mullojonovla (Özbəkistan) üz-üzə gəlib. Görüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatdığından Dominqes Paris-2024-ü gümüş medalla başa vurub. Bu, onun Olimpiadalarda ikinci mükafatı olub. Boksçumuz Tokio-2020-də 3-cü yeri tutub.

Qeyd edək ki, Alfonso dünya çempionatlarının qızıl (2021) və gümüş (2023) mükafatçısıdır.

İdman.biz