İlk olimpiya qızılı üçün qeyri-iş yarımgünü

Xəbərlər
9 Avqust 2024 17:31
742
İlk olimpiya qızılı üçün qeyri-iş yarımgünü

Olimpiya Oyunları tarixində ilk qızıl medalının qazanılması Botsvanada əsl bayrama çevrilib.

İdman.biz xəbər verir ki, buna ölkə prezidenti Mokvetsi Masisi də biganə qalmayıb.

O, əhalinin bu tarixi nailiyyəti qeyd edə bilməsi üçün yarımgünlük qeyri-iş günü qərarı verib. Bu günün yarısı ölkə ərazisində iş olmayacaq.

Bunun səbəbkarı isə sprinter Letsil Teboqodur. O, atletikanın 200 m məsafəyə qaçış proqramında tarixi uğura imza atıb. 21 yaşlı atlet adlı-sanlı amerikalılar Kennet Bednarek və Noa Laylzı qabaqlayıb.

Qeyd edək ki, Letsil 200 m məsafəyə qaçışda Olimpiya çempionu olan ilk afrikalıdır.

İdman.biz