“Biz Olimpiadaya bir məqsədlə getmişdik - ölkəmizi layiqincə təmsil etmək. Biz çox çalışdıq və Parisdə bunun baş verməsini arzulayırdıq".
İdman.biz xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Siyana Vasileva deyib.
O, millinin çoxnövçülükdə 5-ci pilləni tutmasını şərh edib. “Təsnifat mərhələsində bəzi qeyri-dəqiqliklərimiz oldu, lakin Allahın köməyi ilə finala yüksəldik. Mən qızları ruhlandırdım və onlarda dedim ki, işimizi nümayiş etdirin. Qızlar bunu etməsi məni çox xoşbəxt etdi. Mükafat qazana biləcəyimiz və ya hər hansı yeri tutacağımız barədə heç bir fikir yox idi. Biz buna çalışırıq və hər şey zamanla əldə olunacaq. Bu, qrup hərəkətləri komandasının Olimpiadalarda ən yaxşı nəticəsidir. Nəticədə biz düzgün istiqamətdə gedirik. Bu, ən vacib şeydir”.
Vasilyeva komandanın hazırki və Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışlarını da müqayisə edib. “Son Olimpiadada biz finala çıxa bilmədik, lakin Parisdə buna nail olduq. Hətta beşinci yerə də yüksəldik. Fəxri kürsüyə yüksələn komandaların uzun illər həm gimnastika, həm də qrup hərəkətləri üzrə zəngin ənənələri var. Biz yenicə inkişaf etməyə başlamışıq, ona görə də hər şey qaydasındadır. Bizim sıçrayış, inkişaf üçün hələ üzərində işləmək lazım olan şeylər görürəm. Deməli, hər şey qabaqdadır”.
Zəki Feyzullayev
İdman.biz