Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarını 7 medalla başa vurub.
İdman.biz xəbər verir ki, idmançılarımz 2 qızıl, 2 gümüş və 3 bürünc əldə edib.
Cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıb.
Bu, Azərbaycan yığmasının Olimpiadalar tarixində ikinci nəticəsidir. Yalnız London-2012-də daha yüksək nəticələr əldə olunub.
Böyük Britaniya paytaxtında da indiki kimi 2 qızıl və 2 gümüş qazanılıb. Lakin 12 il əvvəl bürünc mükafatların sayı çox olub.
Qeyd edək ki, millimiz tarixində 8-ci Olimpiya Oyunlarına qatılıb.
İl |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
Atlanta-1996 |
0 |
1 |
0 |
1 |
Sidney-2000 |
2 |
0 |
1 |
3 |
Afina-2004 |
1 |
0 |
4 |
5 |
Pekin-2008 |
1 |
1 |
4 |
6 |
London-2012 |
2 |
2 |
5 |
9 |
Rio-2016 |
1 |
7 |
10 |
18 |
Tokio-2020 |
0 |
3 |
4 |
7 |
Paris-2024 |
2 |
2 |
3 |
7 |
Cəmi |
9 |
16 |
31 |
56 |
İdman.biz