Hidayət Heydərov: “Mən bununla çox fəxr edirəm” - VİDEO

Xəbərlər
14 Avqust 2024 15:11
480
Hidayət Heydərov: “Mən bununla çox fəxr edirəm” - VİDEO

“Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz”.

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu cüdoçu Hidayət Heydərov deyib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Görüşdə çıxış edən Heydərov Prezidentə təşəkkürünü bildirib: “Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “Çox sağ ol” demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm. Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə”.

Qeyd edək ki, Hidayət 73 kq çəkidə Olimpiadanın çempionu olub.

İdman.biz