Ruslan Lunyovun Los-Anceles-2028 PLANI

Xəbərlər
15 Avqust 2024 09:31
1 357
Ruslan Lunyovun Los-Anceles-2028 PLANI

Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarındakı çıxışını qiymətləndirib.

İdman.biz xəbər verir ki, o, özünün üçüncü Olimpiadası ilə bağlı paylaşım edib.

Ruslan Los-Anceles-2028-lə bağlı planlarını da açıqlayıb: “Üçüncü Olimpiadam başa çatdı. Bu, yaxşı bir yeni təcrübə idi. Ən yaxşı nəticəmi 25 metr məsafəyə atıcılıqda əldə etdim, lakin bu, finala vəsiqə qazanmaq üçün kifayət etmədi. Düşünürəm ki, növbəti Olimpiada üçün bütün səylərimi 10 metrlik məsafəyə yönəldəcəyəm”.

Qeyd edək ki, Lunyov Parisdə pnevmatik tapança ilə 10 metr məsafəyə atəş açmaqda 24-cü, 25 metr məsafəyə sürətli atəş açmaqda isə 18-ci olub.

İdman.biz