Paris-2024: Paralimpiyaçılarımız startı gözləyir

Xəbərlər
28 Avqust 2024 11:08
456
Paris-2024: Paralimpiyaçılarımız startı gözləyir

Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarına start veriləcək.

İdman.biz xəbər verir ki, Fransanın paytaxtındakı yarışın açılış mərasimi Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sentyabrın 8-dək davam edəcək Paralimpiadada 169 ölkə təmsilçiləri mübarizə aparacaq. 22 idman növündə 549 medal dəsti sahibini tapacaq.

Azərbaycan yığması da tarixində 8-ci dəfə Yay Paralimpiya Oyunlarına qatılacaq. Bugünkü açılış mərasimində millimizin bayraqdarları parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva olacaq.

Azərbaycan millisi Paris-2024-də 19 idmançı ilə təmsil olunmaq hüququ qazansa da, Fransaya 18 nəfərlə yollanıb. Buna Röyalə Fətəliyevanın (52 kq) zədə səbəbində heyətdən çıxarılması səbəb olub. Təmsilçilərimiz 7 növdə mübarizə aparacaq.

Paraatletika
Rüfət Rəfiyev (nüvə itələmə, F36)
Oloxan Musayev (nüvə itələmə, F55)
Səid Nəcəfzadə (uzunluğa tullanma, T12)
Orxan Aslanov (uzunluğa tullanma, T13)
Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış, T13)

Parataekvondo
Sabir Zeynalov (58 kq, K44)
İmaməddin Xəlilov (70 kq, K44)
Əbülfəz Abuzərli (80 kq, K44)

Paraüzgüçülük
Könül Süleymanova (50 və 100 metr məsafələrə arxası üstə üzmə, S2)
Raman Saley (50 və 100 metr məsafələrə sərbəst üsulla üzmə, S12)
Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmə, SB13)

Paracüdo
Dürsədəf Kərimova (+70 kq, J2)
Xatirə İsmiyeva (+70 kq, J1)
İlham Zəkiyev (+90 kq, J1)

Paraatıcılıq
Kamran Zeynalov (50 metr məsafəyə atəş açma, P4)
Aybəniz Babayeva (50 metr məsafəyə atəş açma, P4)

Parakamandan oxatma
Cahan Musayev

Parapauerliftinq
Ceyhun Mahmudov (54 kq)

Qeyd edək ki, Azərbaycan paraolimpiyaçıları üç il əvvəl keçirilən Tokio-2020-də 19 medal qazanıb – 14 qızıl, 1 gümüş və 4 bürünc. Ümumilikdə isə təmsilçilərimiz əvvəlki 7 yarışda 23-ü qızıl, 19-u gümüş və 15-i bürünc olmaqla 57 mükafata sahib çıxıb.

İdman.biz