Paris-2024: Cahan Musayevin rəqibi müəyyənləşib

Xəbərlər
29 Avqust 2024 17:54
655
Paris-2024: Cahan Musayevin rəqibi müəyyənləşib

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün parakamandan oxatma yarışlarına start verilib.

Paralimpiyaçılar ilk gündə sıralama turunda mübarizə aparıb. Azərbaycan təmsilçisi Cahan Musayev 568 xalla 28-ci yeri tutub. O, 1/16 finalda İran təmsilçisi Mohammad Reza Arab Ameri ilə qarşılaşacaq. Bu mərhələ sentyabrın 4-də baş tutacaq.

Qeyd edək ki, Musayevin görüşü Bakı vaxtı ilə saat 11:17-də başlayacaq.

İdman.biz