Paris-2024: İmaməddin Xəlilov Paralimpiya çempionu! - FOTO

Xəbərlər
31 Avqust 2024 00:41
1 164
Paris-2024: İmaməddin Xəlilov Paralimpiya çempionu! - FOTO

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir parataekvondoçusu mübarizəyə qoşulub.

Parataekvondo
70 kq, K44

İmaməddin Xəlilov Paralimpiadaya 1/4 finaldan başlayıb. Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gələn təmsilçimiz 12:2 hesabı ilə qələbə qazanıb. Xəlilov yarımfinalda özbəkistanlı Cavoxir Alikulovla qarşılaşıb. İmaməddin rəqibi 7:2 hesabı ilə məğlub edib. O, finalda türkiyəli Fatih Çeliklə qarşılaşıb. Xəlilov 15:2 hesabı ilə qalib gələrək, Paralimpiya çempionu olub.

Qeyd edək ki, Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.

İdman.biz