Paris-2024: Paraatıcımız 13-cü olub

Xəbərlər
30 Avqust 2024 14:40
313
Paris-2024: Paraatıcımız 13-cü olub

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan paraatıcısı Kamran Zeynalov mübarizəyə qoşulub.

O, P1 kateqoriyasında 10 metr məsafəyə atəşaçmada çıxış edib. Paralimpiyaçımız təsnifat mərhələsində 559 xalla 13-cü yeri tutub. Finala ilk 8 yerin sahibi yüksəldiyi üçün təmsilçimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, final mərhələsi saat 16:00-da başlayacaq.

İdman.biz