Paris-2024: Oloxan Musayev 6-cı yeri tutub

Xəbərlər
30 Avqust 2024 23:46
575
Paris-2024: Oloxan Musayev 6-cı yeri tutub

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin paraatleti Oloxan Musayev mübarizəyə qoşulub.

Pekin-2008-in qalibi F55 kateqoriyası üzrə nüvəitələmədə çıxış edib. Bu növdə 11 paralimpiyaçı medallar üçün yarışıb. Oloxan 11,44 m nəticə ilə Paralimpiadanı 6-cı pillədə başa vurub. Çempion titulunu qazanan Rujdi Rujdi (Bolqarıstan) 12,40 m nəticə göstərib.

Qeyd edək ki, paraatletika millimiz Fransa paytaxtına 5 təmsilçi ilə yollanıb.

İdman.biz