Paris-2024: Abuzərli çıxışını başa vurub - FOTO

Xəbərlər
31 Avqust 2024 19:08
1 014
Paris-2024: Abuzərli çıxışını başa vurub - FOTO

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün parataekvondoçuların mübarizəsinə yekun vurulacaq.

Paralimpiadanın son günündə Azərbaycan millisinin daha bir üzvü dayanq üzərinə çıxıb.

Parataekvondo
80 kq, K44

Əbülfəz Abuzərli yarışa 1/8 finaldan qoşulub. O, bu mərhələdə Allain Qanapinlə (Filippin) qarşılaşıb və inamlı qələbə qazanıb. Abuzərli 4:9 hesabı ilə geridə olsa da, 12:9 hesabı ilə qalib gəlib. Onun 1/4 finaldakı rəqibi Luis Najera (Meksika) olub. Döyüş rəqibin 6:3 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq, Əbülfəz təsəlliverici görüşə qatılıb. O, serbiyalı Nikola Spayiçlə üz-üzə gəlib. 9:11 hesabı ilə uduzan təmsilçimiz çıxışını başa vurub.

Qeyd edək ki, parataekvondo millimizin heyətində İmaməddin Xəlilov (70 kq, K44) qızıl, Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.

İdman.biz