Paris-2024: Azərbaycan parüzgüçüsu gümüş qazanıb - FOTO

Xəbərlər
31 Avqust 2024 19:41
1 138
Paris-2024: Azərbaycan parüzgüçüsu gümüş qazanıb - FOTO

Paris-2024 Yay Paralimpiya Oyunları davan edir.

İdman.biz xəbər verir ki, Azərbaycan paraüzgüçü Raman Saley bu gün mübarizəyə qoşulub.

S12 kateqoriyasında çıxış edən təmsilçimiz 100 metr məsafəyə arxasıüstə üzməkdə yarışır. O, təsnifat mərhələsində 1:01,29 göstərici ilə qrup lideri olub. Ümumi yarışda isə ikinci olan Saley finala yüksəlib. Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin ikiqat qızıl mükafatçısıdır.

İdman.biz