Paris-2024: Könül Süleymanova 11-ci olub

Xəbərlər
31 Avqust 2024 13:24
472
Paris-2024: Könül Süleymanova 11-ci olub

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan paraüzgüçüsü Könül Süleymanova ikinci sınağına çıxıb.

Təmsilçimiz S2 kateqoriyası üzrə 50 metr məsafəyə arxasıüstə üzməkdə mübarizə aparıb. Könül Fransa paytaxtında ikinci cəhdində 1:52,64 dəqiqəlik göstərici ilə qrupda 5-ci, yekun siyahıda 11-ci olub. Bununla da Süleymanova Fransa paytaxtında çıxışını başa vurub.

O, eyni kateqoriya və üsulla 100 m məsafəyə üzməkdə öz qrupunda 5-ci olub.

Qeyd edək ki, bu növdə final mərhələsi 21:50-də başlayacaq.

İdman.biz