Paris-2024: Aybəniz Babayeva 14-cü yeri tutub

Xəbərlər
31 Avqust 2024 15:24
589
Paris-2024: Aybəniz Babayeva 14-cü yeri tutub

Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatıcılq yarışları davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir snayperi hədəf önünə keçib.

P2 kateqoriyasında çıxış edən Aybəniz Babayeva 10 metr məsafəyə atəşaçmada mübarizə aparıb. 542 xal toplayan təmsilçimiz təsnifat mərhələsində 14-cü yeri tutub. Finala vəsiqə qazanan 8 iştirakçı arasına düşə bilməyən Aybəniz mübarizəni dayandırıb.

Qeyd edək ki, bu növdə mükafatçılar saat 16:45-də start veriləcək həlledici raundda bəlli olacaq.

İdman.biz