Paris-2024: Millimiz ikinci pillədə

Xəbərlər
2 Sentyabr 2024 01:12
1 861
Paris-2024: Millimiz ikinci pillədə

Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 parataekvondoçu ilə təmsil olunan kişilərdən ibarət Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal ilə yekun sıralamada ikinci pilləni tutub.

İdman.biz xəbər verir ki, İmaməddin Xəlilov (K44, 70 kq) qızıl, Sabir Zeynalov (K44, 58 kq) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kq) 1/4 finala kimi irəliləyib.

Birinci pillədə Türkiyə, üçüncü pillədə isə Böyük Britaniya yığması yer alıb.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunurdu.

İdman.biz