Paris-2024: Ceyhun Mahmudov 8-ci olub

Xəbərlər
4 Sentyabr 2024 22:43
323
Paris-2024: Ceyhun Mahmudov 8-ci olub

Azərbaycanın daha bir paralimpiyaçısı Paris-2024 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) gücünü sınayıb.

Final mərhələsində çıxış edən Azərbaycan idmançısı Paralimpiadanı 8-ci pillədə başa vurub. O, 158 kq çəkinin öhdəsindən gələ bilib.

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Paralimpiadasında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İdman.biz