Paris-2024: Azərbaycan paraatleti çıxışını başa vurub

Xəbərlər
4 Sentyabr 2024 23:07
522
Paris-2024: Azərbaycan paraatleti çıxışını başa vurub

Paris Yay Paralimpiya Oyunlarının 7-ci günündə daha bir paraatlet öz gücünü sınayıb.

İdman.biz xəbər verir ki, Rüfət Rəfiyev T13 kateqoriyasında nüvəitələmə yarışında özünü yoxlayıb.

Azərbaycan paralimpiyaçısı 13,38 m nəticə göstərib. Rüfət finalda mübarizə aparan 7 idmançı arasında 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığması Fransa paytaxtında 6 medal qazanıb.

İdman.biz