Vəli İsrafilov: "Mehriban Əliyevanın bizi təbrik etməsi əlavə qürurverici hissdir"

Xəbərlər
6 Sentyabr 2024 20:29
278
Vəli İsrafilov: "Mehriban Əliyevanın bizi təbrik etməsi əlavə qürurverici hissdir"

"Növbəti dəfə Paralimpiya Oyunlarında medal qazandığım üçün sevincliyəm".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov deyib.

Paris-2024 Paralimpiadasında bürünc medalla başa vuran təmsilçimiz bildirib: "Ötən oyunlarda qızıl qazanmışdım. Bu dəfə də əliboş dönmədim. Parisdə isə bürüncə sahib oldum. Ümid edirəm ki, növbəti paralimpiadada himnimizi səsləndirə biləcəm. Uğurlarımda mənə dəstək ola məşqçilərimə, komanda yoldaşım Raman Saleyə təşəkkür edirəm. Onların dəstəyi olmadan buna nail olmaq çətin idi. İdmançılardan dəstəyini əsirgəməyən cənab prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Mehriban Əliyevanın bizi təbrik etməsi əlavə qürurverici hissdir".

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Paralimpiadasında 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

İdman.biz