Paris-2024: Paralimpiadanın bağlanış mərasimi keçirilib

Xəbərlər
8 Sentyabr 2024 23:41
275
Paris-2024: Paralimpiadanın bağlanış mərasimi keçirilib

Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması rəsmi paraddan keçib.

"Stad de Frans" stadionunda təşkil olunan mərasimdə bayrağımızı paraatletika üzrə Paralimpiya çempionları Səid Nəcəfzadə və Lamiyə Vəliyeva dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan Paris-2024 Paralimpiadasında 4 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub və medal siyahısında 28-ci olub.

İdman.biz