Paralimpiyaçılarımız alqışlarla qarşılanıb - FOTO - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 06:38
334
Paralimpiyaçılarımız alqışlarla qarşılanıb - FOTO - VİDEO

Paris-2024 Yay Paralimpiya Oyunlarında uğurlu çıxış edən Azərbaycan millisi Vətənə dönüb.

İdman.biz xəbər verir ki, idmançılarımızı, o cümlədən, iki Paralimpiya mükafatçılarını Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və onların yaxınları alqışlarla qarşılayıblar.

Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, avqustun 28-də start götürən yarış sentyabrın 9-da başa çatıb.

Banuçiçək Hüseynli

İdman.biz