Lamiyə Vəliyeva: "Simvolik olaraq göstərdiyim hərəkəti Türkiyə-Azərbaycan qardaşlığına həsr edirəm" - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 07:18
314
Lamiyə Vəliyeva: "Simvolik olaraq göstərdiyim hərəkəti Türkiyə-Azərbaycan qardaşlığına həsr edirəm" - VİDEO

“Çox sevinirəm ki, mən bu uğura imza ata bildim”.

İdman.biz xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medalları qazanmış Lamiyə Vəliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində bildirib.

4 qat dünya çempionumuz qeyd edib ki, bu uğur onun üçün çox böyük naliyyətdir: “Mən burdan dövlət başçısımız İlham Əliyevə, birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm ki, idmançılara bu cür diqqət və qayğı göstərirlər. İnanıram ki, nailiyyətlərimiz bundan da çox olacaq”.

Vəliyeva yarışdan öncə qalib olacağına inandığını vurğulayıb və finalda qalib olandan sonra göstərdiyi simvolik hərəkətinə aydınlıq gətirib: “Finalda qalib olarkən simvolik olaraq göstərdiyim hərəkəti Türkiyə-Azərbaycan qardaşlığına həsr edirəm. Biz hər zaman bir millət, iki dövlət olaraq qalacağıq. Ona görə mən uğurlarımı sırf qardaşlığımıza həsr etdim”.

Qeyd edək ki, Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub. O, 400 m məsafədə isə gümüş medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz