Səid Nəcəfzadə: "Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir" - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 08:06
263
Səid Nəcəfzadə: "Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir" - VİDEO

“Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir".

İdman.biz xəbər verir ki, bunu "Paris-2024" Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.

O, Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığını vurğulayıb: "Birinci Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızılla əvəzləyə bildim. Çox xoşbəxtəm".

T13 kateqoriyasında uzunluğa tullanmada qızıl qazanan digər paraatlet Orxan Aslanov dəstəyə görə İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Ürəyim doludur. Tokiodan sonra Parisdəki yarışda da qızıl qazandım".

Banuçiçək Hüseynli

İdman.biz